Mobil versiya
DÇ-2026: Kanada Bosniyaya, ABŞ Paraqvaya qarşı
Tarix: 12-06-2026 | Saat: 09:38
Bölmə:İdman | çapa göndər

DÇ-2026:

Futbol üzrə dünya çempionatında həyəcan bütün sürəti ilə davam edir.

aia.az-ın məlumatına əsasən, qrup mərhələsinin birinci turu çərçivəsində daha iki maraqlı qarşılaşmaya start veriləcək.

İlk duel B qrupunda yer alan Kanada və Bosniya və Herseqovina yığmaları arasında baş tutacaq. "Toronto" stadionunda oynanılacaq bu matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Gecənin digər qarşılaşması isə iyunun 13-ü Bakı vaxtı ilə saat 05:00-da "Los-Anceles" stadionunda təşkil olunacaq. D qrupunun bu görüşündə ABŞ və Paraqvay milliləri münasibətlərinə aydınlıq gətirəcəklər.

Dünya çempionatı

B qrupu

I tur

12 iyun

23:00. Kanada - Bosniya və Herseqovina

"Toronto" stadionu

13 iyun

D qrupu

05:00. ABŞ - Paraqvay

"Los-Anceles" stadionu

Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə