Mobil versiya
"Mübarizlər" kitabı təqdim edildi -Foto
Tarix: 08-06-2026 | Saat: 13:57
Bölmə:Ölkə | çapa göndər

"Mübarizlər" kitabı təqdim edildi

İyunun 7-da Respublika Veteranları Təşkilatının konfrans zalında "Mübarizlər" kitabının təqdimatı keçirilib. Xatırladaq ki, bu kitab müəllifi Azər Hacıbəylinin "Azərbaycan fədakarlıq məktəbi" silsiləsinə daxil olan növbəti kitabıdır.

Kitab Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və Vətən müharibəsi Şəhidləri Səbuhi Əsədov, Rauf İbadov, İsrayıl Cəfərzadə haqqındadır.
Tədbiri Azər Hacıbəyli açıq elan etdikdən sonra Dövlət Himni səslənmiş, sonra Ulu Öndər Heydər Əliyev və dövlətimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra Azər Hacıbəyli kitabda yer alan Şəhidlərin qəhrəmanlığı haqqında məlumat vermişdir.
Kitabda yer alan şeirləri filoloq-yazar, AJB-nin üzvü Ülviyyə Əbülfəzqızı qiraət edərək zaldakı dinləyicilərə çatdırmışdır.

Şəhid Ramin Hüseynovun atası Qüdrət Hüseynov, Şəhid atası Məhərrəm İbadov, Şəhid anası Cahan Əsədova, şəhid ailələrinin digər üzvləri, yazıçı, araşdırmaçı, ehtiyatda olan zabit Rüfət Hüseynli, Qarabağ müharibəsi əlili, ilahiyyatçı, yazar Hacı Həsən Hüseynli, 1-ci Qarabağ müharibəsi iştirakçısı, həvəskar qiraətçi Cəbrayıl Qənbər, kitabın məsul redaktoru - Qarabağ müharibəsi veteranı, yazıçı-publisist, Əməkdar müəllim, istefada istefada olan polkovnik-leytenant Bayram Məmmədov çıxış etmişlər. Şəhid ailələrinin üzvləri, müəllif Azər Hacıbəyli Respublika Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilova şəhid ailələrinə göstərdiyi diqqətə, bu tədbirin, eləcə də bundan öncəki onlarla tədbirin keçirilməsinə yüksək səviyyədə yaratdığı şəraitə görə minnətdarlıq ifadə etmişlər.

Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir. "Mübarizlər" kitabının müəllifi və burada təqdim olunan şəhid ailələrinin oxucularla silsilə görüşlərinin, o cümlədən bölgələrimizdə keçirilməsi nəzərdə tutulur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-06-2026