Mobil versiya
SOCAR-ın prezidenti “Chevron” şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru ilə görüşüb -Fotolar
Tarix: 02-06-2026 | Saat: 19:01
Bölmə:Gündəm | çapa göndər

SOCAR-ın prezidenti “Chevron” şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru ilə görüşüb

2 iyun 2026-cı il tarixində "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Chevron” şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes ilə görüşüb.
Görüşdə “Chevron” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti məmnunluqla qeyd olunub. "Bakı Enerji Həftəsi"nin açılış mərasimi çərçivəsində SOCAR ilə “Chevron” arasında imzalanmış sənədin əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb və bu istiqamətdə görüləcək işlər nəzərdən keçirilib.
Söhbət zamanı şirkətlər arasında Azərbaycanda və digər ölkələrdə birgə layihələrin həyata keçirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-06-2026