Mobil versiya
Qəbul imtahanlarında balları artırmaq mümkündür? - RƏSMİ AÇIQLAMA
Tarix: 01-06-2026 | Saat: 09:52
Bölmə:Təhsil | çapa göndər

Qəbul imtahanlarında balları artırmaq mümkündür?

"Son vaxtlar sosial şəbəkənin monitorinqi göstərir ki, "Instagram", "TikTok" və xüsusilə "Telegram"da saxta hesablar vasitəsilə ödəniş müqabilində hər hansı imtahan balının artırılması ilə bağlı qeyri-real çağırışlar edilir və dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunur".

aia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) abituriyent və valideynlərə müraciətində bildirilib.

Qeyd olunub ki, həmin şəxslər səhifələrini cəlbedici etmək üçün çox vaxt DİM-in loqosu və adından istifadə edirlər. Onlar hətta öz postlarının altında başqa saxta hesablar vasitəsilə guya kömək aldıqlarını yazmaqla digər vətəndaşlarda maraq oyatmağa çalışırlar.

"Abituriyentlər və valideynlər diqqətli olmalı və sosial şəbəkədə bu tip "təhrikedici" təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər. Unutmaq lazım deyil ki, belə çağırışlara qoşulmaq hər iki tərəf üçün hüquqi məsuliyyət yaradır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-06-2026