Mobil versiya
“BMW” idarəetmədən çıxıb aşdı - Yaralılar var - Fotolar
Tarix: 31-05-2026 | Saat: 09:00
Bölmə:Ölkə | çapa göndər

“BMW” idarəetmədən çıxıb aşdı - Yaralılar var - Fotolar


Gəncə-Şəmkir magistral yolunun Göygöl rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Belə ki, “BMW” markalı avtomobil idarəetmədən çıxaraq, bir neçə dəfə aşıb və əks yola çıxıb. Qəza nəticəsində sürücü, 2000-ci il təvəllüdlü Məhərrəm Bəyalıyev və avtomobildə olan sərnişin, 2005-ci il təvəllüdlü Aişə Abdullazadə və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2026