Mobil versiya
İranla sərhəddə böyük əməliyyat – 38 kiloqram narkotik ələ keçirildi
Tarix: 25-05-2026 | Saat: 12:04
Bölmə:Özəl | çapa göndər

İranla sərhəddə böyük əməliyyat – 38 kiloqram narkotik ələ keçirildi


Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısı alınıb.

Qurumların yaydığı məlumata görə, əməliyyat mayın 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilib.

Birgə keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli “Metadon M-40” həbi aşkarlanaraq dövriyyədən çıxarılıb.

Məlumata əsasən, narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Irandan Azərbaycana keçirilməsi planlaşdırılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-05-2026