Ana Sayfa > Özəl > İranla sərhəddə böyük əməliyyat – 38 kiloqram narkotik ələ keçirildi
İranla sərhəddə böyük əməliyyat – 38 kiloqram narkotik ələ keçirildiBu gün, 12:04. Yazar: vasif |
![]() Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısı alınıb. Qurumların yaydığı məlumata görə, əməliyyat mayın 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilib. Birgə keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli “Metadon M-40” həbi aşkarlanaraq dövriyyədən çıxarılıb. Məlumata əsasən, narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Irandan Azərbaycana keçirilməsi planlaşdırılıb. Faktla bağlı əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilib. Geri dön |