Mobil versiya
Azərbaycanlı yazıçı Bakıdan deport olundu
Tarix: 19-05-2026 | Saat: 10:01
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanlı yazıçı Bakıdan deport olundu

Güney azərbaycanlı yazıçı, Azərbaycan Respublikasında da yaxşı tanınan Əli Çağla Bakı Beynəlxalq Hava Limanından ölkəyə buraxılmayıb və İrana deport olunub.

aia.az xəbər verir ki, bu barədə Əli Çağla özü məlumat yayıb.

Onun sözlərinə görə, bu gün Tehrandan Bakıya uçub. Yalnız Bakıya enəndə yadına düşüb ki, yeni qaydalara əsasən, aeroportda viza almaq proseduru ləğv edilib:

“İndi vizalar elektron şəkildə 3-5 gün öncədən alınır. Bakıya - Heydər Əliyev Beynəlxalq Hava Limanına çatdığımda Sərhəd Xidmətinin əməkdaşları vizanın olmadığını bildirib, məni deportasiya sənədi ilə Tehrana geri qaytardılar”.

Əli Çağla qeyd edib ki, Bakıya VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına dəvət olunub və festivala görə də Bakıya gəlirmiş.

Qeyd edək ki, Bakıda VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı 22-26 may tarixlərində keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2026