Tramp təhlükəli qərarı yeni qubernatorun üzərinə qoydu – Ayovada partlayış riski
Tarix: 24-11-2026 | Saat: 20:16
Bölmə:Özəl | çapa göndər

ABŞ Prezidenti Donald Tramp Ayova ştatında təhlükəli kimyəvi tullantıların nəzarətli şəkildə məhv edilməsi əməliyyatının təxirə salındığını açıqlayıb.
Tramp “Truth Social” hesabında bildirib ki, ABŞ ordusu əməliyyata hazır olsa da, məhkəmənin icazəsi olmadan proses həyata keçirilməyəcək.
ABŞ prezidenti təhlükəli materialların düzgün saxlanılmamasına görə Barak Obamanın administrasiyasını günahlandırıb.
Tramp yekun qərarın 2027-ci il yanvarın 12-də vəzifəsinin icrasına başlayacaq demokrat qubernator Rob Sand tərəfindən veriləcəyini bildirib.
Onun sözlərinə görə, məhkəmə və ya yeni qubernator əməliyyata razılıq verməsə, federal hökumət plandan imtina edəcək. Tramp mümkün insan itkisi və dağıntılara görə qubernatoru məsul tutacağını da açıqlayıb.
Associated Press agentliyinin məlumatına görə, ABŞ ordusu noyabrın 25-də Ayovanın Middletown şəhərindəki silah zavodunda saxlanılan bir neçə ton təhlükəli kimyəvi maddəni məhv etməyi planlaşdırırdı.
Ekoloji fəallar əməliyyatın zəhərli maddələrin ətraf mühitə yayılmasına səbəb ola biləcəyini bildirərək məhkəməyə müraciət ediblər.
ABŞ Ədliyyə Nazirliyi isə təhlükəli materialların saxlanılmasının nəzarətsiz partlayış riski yaratdığını bildirir.
Hazırda məsələnin həlli ilə bağlı hüquqi mübahisələr davam edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2026

.jpg)