50 gəmiyə qarşı kiberhücum – Vaşinqton İranla mümkün əlaqəni araşdırır
Tarix: 24-11-2026 | Saat: 21:00
Bölmə:Özəl | çapa göndər

ABŞ neft, mayeləşdirilmiş qaz və təhlükəli yüklər daşıyan gəmilərə qarşı həyata keçirilən kiberhücumların arxasında İranın dayanıb-dayanmadığını müəyyənləşdirməyə çalışır.
“The Wall Street Journal” nəşrinin məlumatına görə, dünyanın müxtəlif bölgələrində, xüsusilə Avropa və Asiya sularında fəaliyyət göstərən 50-yə yaxın gəmi kiberhücumlara məruz qalıb.
Mənbələr bildirirlər ki, hücumlar zamanı dəniz nəqliyyatı şirkətlərinin istifadə etdiyi şəbəkə avadanlıqlarındakı təhlükəsizlik boşluqlarından istifadə olunub.
Bəzi gəmilərin heyətlərinə partlayış təhdidləri və fidyə tələbləri göndərilib. Digər hallarda isə ekipajlara ABŞ mallarının daşınmaması barədə xəbərdarlıq edilib.
ABŞ müstəntiqləri hadisələrin vahid və koordinasiyalı kiberhücum kampaniyasının tərkib hissəsi olub-olmadığını araşdırırlar.
Hələlik İranın bu hücumlarda iştirakını təsdiqləyən qəti nəticə açıqlanmayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2026

.jpg)