Ana Sayfa > Siyasət > “Azərbaycan rəhbərliyinə təşəkkür edirəm” - Anaklaudia Rossbax
“Azərbaycan rəhbərliyinə təşəkkür edirəm” - Anaklaudia RossbaxBu gün, 09:58. Yazar: vasif |
![]() “Azərbaycan rəhbərliyinə önəmli nazirlər görüşünə və ümumilikdə forumun təşkilinə görə təşəkkür edirəm”. “aia.az” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşdə deyib. “2026-cı il islahedici tədbirlər baxımından önəmlidir və bir sıra suallara cavab tapmaq üçün imkandır. Bu illər ərzində irəliləyiş də qeydə alınıb. Ölkələrin üçdə ikisi milli siyasətlərini qəbul ediblər”, - deyə Rossbax vurğulayıb. Onun sözlərinə görə, mənzil sahəsində inkişaf etməkdə olan ölkələrdə evsizlik əsas problemdir. O burada daşqın və quraqlıq kimi iqlim məsələlərinin də rol oynadığını bildirib. “Bu iclas birinci onillik ərzində fəaliyyətləti təhlil etmək üçün əla fürsətdir”, - icraçı katib əlavə edib. Geri dön |