bp şirkətinin “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasına dair sənədlər imzalanıb -Foto
Tarix: 13-05-2026 | Saat: 10:43
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

aia.az xəbər verir ki, 13 may 2026-cı il tarixində Daşkənddə keçirilən “Özbəkistanın nefti və qazı (OGU-2026)” 28-ci Beynəlxalq sərgi-konfransı çərçivəsində bp şirkətinin “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasına dair sənədlər imzalanıb.
Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy bloklarını əhatə edən sənədlər SOCAR-ın prezidenti Rövşən Nəcəf, Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov, “Uzbekneftegaz” ASC İdarə Heyətinin sədri Abdugani Sanginov və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli tərəfindən imzalanıb.
Razılaşmaya əsasən, SOCAR-ın operatoru olduğu layihədə bp saziş üzrə ümumilikdə 40 faiz iştirak payı əldə edib. Bu payın 20 faizi SOCAR-dan, 20 faizi isə “Uzbekneftegaz”dan alınıb. Beləliklə, yeni razılaşmaya görə SOCAR 30 faiz, “Uzbekneftegaz” 30 faiz, bp isə 40 faiz iştirak payına sahib olur.
Xatırladaq ki, 24 iyul 2025-ci il tarixində SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Respublikasının Hökuməti arasında Özbəkistandakı “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi imzalanıb.
Hazırda layihə ilkin mərhələdədir və SOCAR operator qismində seysmik tədqiqat işlərini həyata keçirir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-05-2026
11:44 "Arsenal"da ciddi itki
12-05-2026