Mobil versiya
Dərnəgüldən rayonlara getmək mümkün olacaq
Tarix: 13-05-2026 | Saat: 09:57
Bölmə:Ölkə | çapa göndər

Dərnəgüldən rayonlara getmək mümkün olacaq

İyunun 6-dan etibarən sərnişinlər Dərnəgül dayanacağından qatarla birbaşa bölgələrə səfər edə biləcəklər.

aia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, ADY-nin yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından aşağıdakı marşrutlar üzrə reyslər həyata keçiriləcək:

- Bakı-Qazax-Bakı

- Bakı-Ağstafa-Bakı (əlavə reyslər)

- Bakı-Balakən-Bakı

- Bakı-Qəbələ-Bakı

Qeyd olunub ki, sərnişinlər biletləri artıq ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə