Mobil versiya
2025-ci ildə qeydə alınan insan alveri cinayətlərinin sayı AÇIQLANDI
Tarix: 08-05-2026 | Saat: 09:43
Bölmə:Karusel / Ölkə | çapa göndər

2025-ci ildə qeydə alınan insan alveri cinayətlərinin sayı

2025-ci ildə 198 insan alveri cinayəti qeydə alınıb.

aia.az xəbər verir ki, bununla bağlı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci il üzrə illik məlumatında öz əksini tapıb.

Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, həmin cinayətlərdən 152-si cinsi istismar, 45-i insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə yol vermə faktları ilə bağlı olub.

İnsan alveri cinayətlərinin 57-si informasiya texnologiyalarının tətbiqi ilə törədilib.

Hesabatda qeyd edilib ki, cinayətlərin 97 faizi açılıb, 6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2026