Ana Sayfa > Karusel / Ölkə > 2025-ci ildə qeydə alınan insan alveri cinayətlərinin sayı
2025-ci ildə qeydə alınan insan alveri cinayətlərinin sayıBu gün, 09:43. Yazar: Subhan |
![]() 2025-ci ildə 198 insan alveri cinayəti qeydə alınıb. aia.az xəbər verir ki, bununla bağlı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci il üzrə illik məlumatında öz əksini tapıb. Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, həmin cinayətlərdən 152-si cinsi istismar, 45-i insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə yol vermə faktları ilə bağlı olub. İnsan alveri cinayətlərinin 57-si informasiya texnologiyalarının tətbiqi ilə törədilib. Hesabatda qeyd edilib ki, cinayətlərin 97 faizi açılıb, 6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilib. aia.az Geri dön |