Azərbaycan vasitəsilə Ermənistana alüminium və taxıl göndərildi
Tarix: 07-05-2026 | Saat: 11:15
Bölmə:İqtisadiyyat / Manşet | çapa göndər

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
aia.az-ın məlumatına görə, 10 vaqondan ibarət, ümumi çəkisi 700 ton olan taxıl yükləri yola salınıb. Bu gün həm də 2 vaqondan ibarət, ümumi çəkisi 133 ton olan alüminium məhsulları da tranzit qaydasında daşınır. Alüminium yükləri bu marşrut üzrə ilk dəfə göndərilir.
Vaqonlar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-05-2026
06-05-2026