SDU-nun yeni rektoru kimdir? - DOSYE
Tarix: 05-05-2026 | Saat: 17:16
Bölmə:Təhsil / Karusel | çapa göndər

Xəbər verdiyimiz kimi, Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
aia.az-ın məlumatına görə, 63 yaşlı Nurəli Yusifbəyli bu təyinatadək Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru idi.
O, enerji sistemləri və strateji planlaşdırma sahəsində tanınmış alim və yüksək səviyyəli idarəçidir. Texnika elmləri doktoru və professor elmi dərəcələrinə malikdir və elektroenergetika, enerji təhlükəsizliyi və dayanıqlı enerji sistemləri sahəsində geniş elmi və praktiki təcrübəyə sahibdir.
N.Yusifbəyli “Azərenerji” ASC-də yüksək rəhbər vəzifələrdə, o cümlədən Mərkəzi Dispetçer İdarəsinin rəisi kimi çalışıb, enerji sistemlərinin idarə olunması və inkişafında mühüm rol oynayıb. Daha sonra o, dövlət idarəçiliyində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyində strateji planlaşdırma istiqamətinə rəhbərlik edib, həmçinin Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 19 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar mühəndisi", 21 oktyabr 2014-cü il Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adlarına layiq görülüb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-05-2026