Mobil versiya
Ərdoğan İrəvana gedəcəkmi? – Paşinyan üçün fürsət, Bakı ilə koordinasiya gündəmdə
Tarix: 01-05-2026 | Saat: 16:00
Bölmə:Özəl | çapa göndər



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan-ın İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitinə dəvət olunması regionda diqqət mərkəzinə çevrilib. Mayın 4-də baş tutacaq toplantıda iştirakla bağlı Ankaranın hələ rəsmi qərar açıqlamaması məsələnin həssaslığını artırır.

Ekspertlər hesab edir ki, bu səfər baş tutarsa, bu, Nikol Paşinyan üçün seçkilər ərəfəsində ciddi siyasi dividentə çevrilə bilər. Eyni zamanda, bu addım Türkiyə-Ermənistan normallaşma prosesinə də təsir göstərə bilər.

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli bildirir ki, həm Türkiyə, həm də Azərbaycanın belə platformalara dəvət olunması onların regionda artan geosiyasi çəkisinin göstəricisidir. Onun fikrincə, bu tip görüşlər yalnız ikitərəfli münasibətlər deyil, bütövlükdə Avropa təhlükəsizliyi, enerji və nəqliyyat layihələri baxımından əhəmiyyət daşıyır.

Ekspert vurğulayır ki, İlham Əliyev-in də sammitə dəvət olunması Bakı-Ankara tandeminin regional siyasətdə oynadığı rolu bir daha təsdiqləyir. Bu səbəbdən Ərdoğanın mümkün səfəri ilə bağlı qərarın Azərbaycanla məsləhətləşmələr fonunda verilməsi ehtimal olunur.

Bununla yanaşı, Ermənistan cəmiyyətində Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına hazır olmayan qüvvələrin mövcudluğu da diqqət çəkir. Bu amil səfərin baş tutub-tutmamasında əsas faktorlar sırasında göstərilir.

Ümumilikdə, Ərdoğanın İrəvanda keçiriləcək sammitdə iştirakı regionda diplomatik aktivliyi artırmaqla yanaşı, Avropa ilə əlaqələrin gücləndirilməsi və Cənubi Qafqazda geosiyasi balansın formalaşmasına təsir edə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2026