Almaniyada tarixi dönüş - Cem Özdəmir ilk türkəsilli baş nazir olur
Tarix: 01-05-2026 | Saat: 12:00
Bölmə:Özəl | çapa göndər

Almaniyanın Baden-Vürtemberq federal torpağında “Yaşıllar” Partiyası ilə Xristian Demokrat İttifaqı (CDU) arasında koalisiya razılaşması əldə olunub.
“Deutsche Welle”nin məlumatına görə, tərəflər həftələrlə davam edən danışıqlardan sonra “islahatçı koalisiya” üzərində razılığa gəliblər. Razılaşmaya əsasən, “Yaşıllar”ın nümayəndəsi Cem Özdəmir regionun yeni baş naziri olacaq və bu vəzifəni tutan ilk türkəsilli siyasətçi kimi tarixə düşəcək.
Onun mayın 13-də rəsmi olaraq vəzifəyə seçilməsi gözlənilir. Özdəmir bu postda uzun illər rəhbərlik etmiş Vinfrid Kreçmannı əvəz edəcək.
Qeyd edək ki, hər iki partiya 2016-cı ildən birgə hökumətdə təmsil olunur və son seçkilərdə də parlamentdə üstün mövqe qazanaraq əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-05-2026