“Biz türkük” deyən sabiq general həbs təhlükəsi ilə üz-üzə
Tarix: 01-05-2026 | Saat: 10:00
Bölmə:Özəl | çapa göndər

Qırğızıstanda sabiq təhlükəsizlik rəhbəri Kamçibek Taşiyev həbs riski ilə üzləşib. “Nezavisimaya qazeta”nın məlumatına görə, o, hakimiyyəti ələ keçirmək planında ittiham olunur.
Fevralda vəzifəsindən istefa verən Taşiyevin adı prezident Sadır Japarova ünvanlanan və erkən seçki tələb edən “75-lərin müraciəti” ilə bağlı istintaqda hallanır. Japarov artıq onun işdən çıxarılması barədə fərman imzalayıb. Müraciəti imzalayanlar isə iğtişaş cəhdində suçlanır.
Taşiyev ittihamları rədd edir, hüquqi mübarizə aparacağını bildirir və vətəndaşları etirazlardan uzaq durmağa çağırır.
Bir vaxtlar ölkənin ən güclü siyasi tandemi sayılan Japarov–Taşiyev ittifaqı 2020-ci ildən sonra hakimiyyət modelini dəyişmişdi. Lakin 2027 seçkiləri yaxınlaşdıqca bu birlik açıq rəqabətə çevrilib.
Analitiklərə görə, Taşiyevin Qərb və Türkiyə ilə yaxınlaşmanı dəstəkləməsi, eləcə də Moskva və Pekinə uyğun olmayan bəyanatları onun zəiflədilməsində rol oynayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər