İranda kütləvi repressiya dalğası: BMT 21 edam və minlərlə həbslə bağlı xəbərdarlıq edir
Tarix: 29-04-2026 | Saat: 11:00
Bölmə:Özəl | çapa göndər
İranda davam edən daxili gərginlik fonunda insan haqları vəziyyəti ilə bağlı ciddi narahatlıqlar artmaqdadır.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yaydığı son hesabatda bildirilir ki, ölkədə 21 nəfər edam olunub, 4 mindən çox insan isə müxtəlif ittihamlarla həbs edilib. Məlumata görə, edam edilənlər arasında etiraz aksiyalarında iştirakda günahlandırılan şəxslər də var.
Hesabatda qeyd olunur ki, edam olunanlardan ən azı doqquzu 2026-cı ilin əvvəlində baş verən ümummilli etirazlarla əlaqələndirilir. Digər ittihamlar isə “müxalif qruplara üzvlük” və “casusluq” kimi ağır maddələri əhatə edir.
BMT rəsmiləri bildirir ki, ölkədə internet məhdudiyyətləri və məhkəmə sistemində şəffaflığın olmaması səbəbindən real vəziyyətin daha ağır ola biləcəyi ehtimal edilir. Təşkilat İran hakimiyyətini insan haqlarına riayət etməyə və repressiyaları dayandırmağa çağırıb.
Rəsmi Tehran isə iddiaları rədd edərək, görülən tədbirləri dövlət təhlükəsizliyinin qorunması və daxili sabitliyin təmin olunması ilə əsaslandırır.
Hazırda İran daxilində vəziyyətin gərgin olaraq qalması və beynəlxalq reaksiyaların artması regionda siyasi və humanitar narahatlıqları daha da gücləndirir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər