Mobil versiya
Bazarda qiymətlər QALXDI - Bahalaşan MƏHSULLAR
Tarix: 28-04-2026 | Saat: 21:26
Bölmə:İqtisadiyyat | çapa göndər

Bazarda qiymətlər QALXDI - Bahalaşan MƏHSULLAR


Bu ilin mart ayında ölkəmizdə istehlak bazarında əsas dəyişikliklər meyvə və tərəvəz məhsullarında bahalaşma ilə müşahidə olunub.

aia.az xəbər verir ki, rəsmi statistikaya əsasən, əvvəlki ayla müqayisədə meyvələrin qiyməti orta hesabla 3,6%, tərəvəzlərin qiyməti isə 3,2% artıb. Bununla yanaşı, balıq məhsulları, süd və süd məhsulları, eləcə də çörək və yarmalar üzrə də cüzi qiymət artımı qeydə alınıb. Ət məhsulları və bəzi gündəlik ərzaqlarda da az miqdarda bahalaşma müşahidə olunub.

Ən çox ucuzlaşma isə yumurtanın qiymətində qeydə alınıb. Bu məhsul təxminən 2,9% ucuzlaşıb. Tütün məmulatlarının qiymətində isə dəyişiklik baş verməyib.

Ümumilikdə mart ayında ölkədə aylıq inflyasiya 0,5%, illik inflyasiya isə 5,6% səviyyəsində qeydə alınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-04-2026