Trampın səbri tükəndi – FTB rəhbərinin taleyi həll olunur
Tarix: 27-04-2026 | Saat: 10:00
Bölmə:Özəl | çapa göndər
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel ətrafında yaranan qalmaqallar Vaşinqtonda ciddi müzakirələrə səbəb olub.
“Politico”nun məlumatına görə, yüksək vəzifəli mənbələr Patelin vəzifədən uzaqlaşdırılmasının “yalnız zaman məsələsi” olduğunu bildirir. Onun adı son dövrlərdə mediada yayılan ardıcıl qalmaqallarla hallanır və bu durum administrasiyada narahatlıq yaradıb.
Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın Patelin fəaliyyətindən və onun yaratdığı mənfi imicdən narazı olduğu, bu səbəbdən də FTB rəhbərliyi ilə bağlı dəyişiklik ehtimalının artdığı qeyd edilir.
FTB isə yayılan iddialara münasibət bildirməyib. Ekspertlər hesab edirlər ki, Patelin mümkün gedişi ABŞ kəşfiyyat sistemində genişmiqyaslı kadr dəyişikliklərinin başlanğıcı ola bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-06-2026
11-06-2026