Mobil versiya
Kaka Neymara: "Adını dəyişdir"
Tarix: 11-03-2017 | Saat: 17:11
Bölmə:İdman | çapa göndər

Kaka Neymara: "Adını dəyişdir"

"Real"ın sabiq futbolçusu Rikardo Kaka "Barselona"nın futbolçusu Neymar Junior haqda açıqlama verib.

AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli oyunçu Neymarın dünyanın ən yaxşı futbolçusu olmağına yaxın olduğunu söyləyib. Kaka Neymara ən yaxşı adını qazanması üçün adını dəyişməyi məsləhət görüb:

"Neymarın "Barselona"da etdiklərini nəzərə alsaq, dünyanın ən yaxşı futbolçusu olmağa yaxınlaşdığını deyə bilərik. Məncə, Neymar adını Reymar etsə, dünyanın ən yaxşısı olmaq şansı daha da artacaq. Uğurlu karyerası olan braziliyalı oyunçuların adları "R" hərfi ilə başlayıb".

Xatırladaq ki, Rikardo Kaka Kriştiano Ronaldo və Lionel Messinin hegemonluğu başlayanda "qızıl top"u qazanan sonuncu futbolçudu.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024