İsraildən İrana sərt mesaj: “Yeni hücumlar daha dağıdıcı ola bilər”
Tarix: 24-04-2026 | Saat: 14:41
Bölmə:Özəl | çapa göndər

İsrailin müdafiə naziri İsrael Katz İranla bağlı çıxışı ilə regionda gərginliyi daha da artırıb. O bildirib ki, İsrail ABŞ-dan dəstək alacağı halda İranın enerji və elektrik infrastrukturuna ciddi zərbələr endirə bilər.
Nazirin sözlərinə görə, İsrail Müdafiə Qüvvələri həm müdafiə, həm də hücum əməliyyatlarına tam hazır vəziyyətdədir və potensial hədəflər artıq müəyyən edilib.
Katz iddia edib ki, mümkün yeni hücumlar əvvəlkilərdən daha fərqli və daha ağır olacaq. Onun sözlərinə görə, zərbələr İranın “ən həssas nöqtələrini” hədəf alacaq və genişmiqyaslı dağıdıcı təsir göstərə bilər.
Bu bəyanat İsrail–İran qarşıdurması fonunda Yaxın Şərqdə təhlükəsizlik risklərinin daha da artdığına dair narahatlıqları gücləndirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-04-2026