İran generalından diqqətçəkən təhlükəsizlik açıqlaması
Tarix: 24-04-2026 | Saat: 17:00
Bölmə:Özəl | çapa göndər

İranın Hüquq-Mühafizə Qüvvələrinin baş komandanı general Əhmədrza Radan təhlükəsizlik vəziyyəti ilə bağlı verdiyi açıqlamada hərəkətli rejimdə yaşadığını və sabit məkanlardan istifadə etmədiyini bildirib.
Onun sözlərinə görə, potensial təhlükələrin və izlənmə risklərinin qarşısını almaq üçün daimi qərargah əvəzinə nəqliyyat vasitələrindən istifadə olunur. General qeyd edib ki, bu yanaşma ona daha çevik hərəkət etmək və təhlükəsizlik risklərini minimuma endirmək imkanı verir.
Radan vurğulayıb ki, rəhbərlik etdiyi strukturun bütün hərəkət vasitələri müvəqqəti təhlükəsizlik məntəqələri kimi fəaliyyət göstərir və bu da izlənmə cəhdlərini çətinləşdirir.
Analitiklərin fikrincə, bu açıqlama regionda artan təhlükəsizlik gərginliyinin və xüsusilə İran-İsrail xəttində davam edən risklərin fonunda həm daxili, həm də xarici auditoriyaya ünvanlanmış mesaj kimi qiymətləndirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-04-2026