Mobil versiya
Paşinyanın konstitusiya dilemması - sənəd niyə gecikir?
Tarix: 20-04-2026 | Saat: 21:00
Bölmə:Özəl | çapa göndər



Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiya layihəsinin hələ də ictimaiyyətə təqdim olunmamasını hökumət daxilində mövcud fikir ayrılıqları ilə izah edib. Onun sözlərinə görə, sənəd üzərində iş gedir, lakin əsas məsələlərdə tam razılaşma əldə olunmayıb.

Paşinyan bildirib ki, konstitusiya layihəsi ilə tanışdır və müəyyən hissələri üzərində işlənilir, lakin dövlət idarəçiliyi və bəzi fundamental müddəalarla bağlı mübahisələr prosesin ləngiməsinə səbəb olur.

Ermənistan mətbuatında yayılan iddialara görə, hakimiyyət seçkiqabağı dövrdə riskləri azaltmaq üçün yeni konstitusiya layihəsinin dərcini seçkilərdən sonraya saxlaya bilər.

Məsələ ilə bağlı Azərbaycan tərəfinin mövqeyi isə dəyişməz qalır: rəsmi Bakı hesab edir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı hər hansı ərazi iddiası aradan qaldırılmadan sülh sazişinin tam imzalanması mümkün deyil.

Deputat Azər Badamovun fikrincə, konstitusiya islahatı təkcə hüquqi proses deyil, həm də siyasi və regional balansı birbaşa təsir edən strateji addımdır. Onun sözlərinə görə, Paşinyan hökuməti həm daxili siyasi riskləri, həm də regiondakı həssas geosiyasi vəziyyəti nəzərə alaraq ehtiyatlı davranır.

Ekspertlər hesab edir ki, konstitusiya layihəsinin gecikməsi əsasən iki amillə bağlıdır: daxili siyasi balansın qorunması və Azərbaycanla sülh prosesində hüquqi ziddiyyətlərin aradan qaldırılması zərurəti.

Nəticə etibarilə, Ermənistanın yeni konstitusiya prosesi təkcə hüquqi islahat deyil, həm də sülh danışıqlarının taleyini müəyyən edə biləcək əsas siyasi mərhələlərdən biri kimi qiymətləndirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2026