Mobil versiya
Paşinyan seçki proqramını açıqladı - əsas xətt sülh və “real Ermənistan” konsepsiyasıdır
Tarix: 20-04-2026 | Saat: 12:00
Bölmə:Özəl | çapa göndər



Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının iyunda keçiriləcək seçkilər üçün proqramını açıqlayıb.

Paşinyan canlı yayımda bildirib ki, sənəd 2021–2026-cı illər üzrə hökumət proqramının davamı kimi hazırlanıb və əsas məqsəd regionda sülh dövrünün möhkəmləndirilməsidir. Onun sözlərinə görə, Ermənistan və region üçün sülhün təmin olunması artıq yeni inkişaf mərhələsinin əsas şərtinə çevrilib.

Baş nazir vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında əldə olunan sülh istiqamətində proseslərin davam etdirilməsi seçki proqramının prioritetlərindəndir.

O, vətəndaşları 7 iyunda keçiriləcək seçkilərdə fəal iştirak etməyə çağıraraq, “sülh gündəliyinə dəstəyin” vacibliyini qeyd edib.

Paşinyan həmçinin proqramın ideoloji əsasının “real Ermənistan” konsepsiyası olduğunu, ölkədə iqtisadi və institusional islahatların davam etdiriləcəyini bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2026