Mobil versiya
Azərbaycanda əhali qazancının neçə faizini ərzağa xərcləyir?
Tarix: 20-04-2026 | Saat: 09:59
Bölmə:İqtisadiyyat / Manşet | çapa göndər

Azərbaycanda əhali qazancının neçə faizini ərzağa xərcləyir?

"2026-cı ilin ilk rübündə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 927 milyon manatlıq mal satılıb. Bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3.7 faiz artım deməkdir".

aia.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, həmin müddətdə istehlakçılara 8 milyard 774 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 milyard 152 milyon manatlıq isə qeyri-ərzaq malları satılıb.

"Bu ilin ilk rübünbdə istehlakda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz artım qeydə alınıb. Bu o deməkdir ki, istehlakçılar pullarının 55 faizini ərzaq məhsullarının alınmasına xərcləyir. İki istiqamətdə xərcləmələrdə kəskin artımlar müşahidə edilib. İstehlak kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarında 32,6, əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə isə 25,4 faiz artıb. Dərman preparatlarının istehlakında artımlar tələb ilə yanaşı qiymətin də yüksəlməsi ilə əlaqədardır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə