Qazaxda ağacəkmə aksiyası keçirilib -Fotolar
Tarix: 17-04-2026 | Saat: 17:11
Bölmə:Özəl | çapa göndər

Aprelin 17-də Qazax rayonunda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
aia.az xəbər verir ki, aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, partiya fəalları, idarə, müəssisə və təşkilatların əməkdaşları, könüllülər iştirak ediblər.
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Yuxarı Salahlı kəndinin ərazisindən keçən hissəsində keçirilən aksiyada ümumilikdə 500 ədəd olmaqla, 250 ədəd eldar şamı və 250 ədəd sərv ağacı əkilib. Ərazidə abadlıq işləri aparılıb, ağacların dibi yumşaldılıb, suvarılıb, aqrotexniki qulluq göstərilib .
Keçirilən aksiyanın əsas məqsədi 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi, eyni zamanda müasir, müstəqil, demokratik Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasıının qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə olan hörmət və ehtiramın təcəssümü, daha sağlam və dayanıqlı mühitin formalaşması, ətraf mühitin qorunması və yaşıllıq zolaqlarının salınmasıdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-04-2026