Mobil versiya
Türkiyədə seriallara nəzarət güclənir – bəzi layihələrin yayımı dayandırıla bilər
Tarix: 17-04-2026 | Saat: 14:00
Bölmə:Özəl | çapa göndər

Türkiyədə seriallara nəzarət güclənir – bəzi layihələrin yayımı dayandırıla bilər


Şanlıurfa və Kahramanmaraşda baş verən faciəli hadisələrdən sonra Türkiyədə televiziya məzmunlarına nəzarətin sərtləşdirildiyi bildirilir. Bu çərçivədə serialların məzmununun yenidən yoxlanılmasına başlanılıb.

Məlumata görə, məqsəd cəmiyyətə mənfi təsir göstərə biləcək səhnə və süjetlərin qarşısını almaqdır. Türk mediasında yayılan iddialara əsasən, hazırda bəzi serial layihələri ilə bağlı ciddi müzakirələr aparılır.

Xüsusilə “Eşref Rüya” və “Yeraltı” seriallarının yayımının dayandırılması və ya formatının dəyişdirilməsi ehtimalı gündəmdədir. Lakin bu barədə hələlik rəsmi qərar açıqlanmayıb.

Qeyd olunur ki, Türkiyədə reytinqdə öndə olan bir sıra seriallarda zorakılıq və silahlı səhnələrin çoxluğu da müzakirə mövzusudur. Rəsmilər tərəfindən aparılan yoxlamaların nəticəsindən asılı olaraq yaxın günlərdə konkret qərarların veriləcəyi gözlənilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026