Mobil versiya
Rusiya ilə Sumqayıtda birgə layihələr icra ediləcək
Tarix: 17-04-2026 | Saat: 12:12
Bölmə:İqtisadiyyat | çapa göndər

Rusiya ilə Sumqayıtda birgə layihələr icra ediləcək

Bugünkü tədbir çərçivəsində Sumqayıt Kimya Sənaye Parkı ərazisində birgə layihələrin həyata keçirilməsi üzrə niyyət sazişinin imzalanması nəzərdə tutulur.

aia.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya işgüzar şurasının iclasında çıxışı zamanı baş nazirin müavini Şahin Mustafayev deyib.

“Bu saziş müasir və yüksək texnologiyalı istehsalın yaradılmasını nəzərdə tutur”,- deyə Ş.Mustafayev əlavə edib.

O qeyd edib ki, azad edilmiş ərazilərdə, o cümlədən Araz Vadisi İqtisadi Zonası və sənaye parkında birgə servis mərkəzinin yaradılması da mühüm əhəmiyyət daşıyır:

“Biz Rusiya şirkətlərini azad edilmiş ərazilərdə investisiya layihələrinin həyata keçirilməsində daha fəal iştirak etməyə çağırırıq. Həmin ərazilərdə 10 il müddətinə xüsusi vergi rejimi tətbiq olunur. Bu rejim mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azadolmanı, texnika, avadanlıq və xammal idxalı üzrə ƏDV və gömrük rüsumlarından azadolmanı, həmçinin məcburi sosial sığorta üzrə güzəştləri nəzərdə tutur.

Azərbaycanın sənaye zonaları sənaye əməkdaşlığının inkişafında mühüm rol oynayır. Burada Rusiya tərəfinin iştirakı ilə birgə müəssisələr uğurla fəaliyyət göstərir. Xüsusilə tikinti materiallarının istehsalı və farmasevtika sahəsində əməkdaşlıq inkişaf edir”./APA

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026