Mobil versiya
Lionel Messi dələduzluqda ittiham olunur
Tarix: 15-04-2026 | Saat: 22:34
Bölmə:İdman | çapa göndər

Lionel Messi dələduzluqda ittiham olunur


"İnter Mayami" klubunun və Argentina yığmasının ulduz hücumçusu Lionel Messi gözlənilməz dələduzluq ittihamı ilə üzləşib.

aia.az xəbər verir ki, "VID" promouter şirkəti Lionel Messi və Argentina Futbol Assosiasiyasına (AFA) qarşı milyonluq məhkəmə iddiası qaldırıb.

Buna səbəb ötən ilin oktyabrında Venesuela yığmasına qarşı keçirilən və böyük səs-küyə səbəb olan yoldaşlıq oyununda ulduz futbolçunun iştirak etməməsi nəticəsində şirkətin üzləşdiyi maliyyə itkiləridir.

Müqavilənin şərtlərinə əsasən, Messi zədəli olmadığı təqdirdə matçda ən azı 30 dəqiqə çıxış etməli idi. Lakin heç bir fiziki problemi olmamasına rəğmən, cənubi amerikalı oyunçu həmin qarşılaşmada yaşıl meydanda görünməyib.

Hazırda ulduz oyunçuya və Argentina Futbol Federasiyasına qarşı irəli sürülən təzminat tələbinin dəqiq məbləği sirr olaraq qalır.(Oxu.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026