Mobil versiya
Azərbaycanda polkovnik cərimə olundu - İTTİHAM
Tarix: 15-04-2026 | Saat: 12:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda polkovnik cərimə olundu -

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayevin məhkəməsi başa çatıb.

aia.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Polkovnik vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alverində ittiham olunurdu. Hakim Zaur Hacıyevin sədrliyi ilə aparılan məhkəmə istintaqı bu gün yekunlaşıb.

Hökmə əsasən, A.Paşayevin şəxsiyyəti, mübaribə iştirakçısı olması və müxtəlif medallarla təltif edilməsi nəzərə alınıb. Nəticədə 6 min min manat cərimə cəzasına məhkum edilib.

Qeyd edək ki, cinayət işinin istintaqı prokurorluqda aparılıb. A.Paşayevə Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə yekun ittiham elan edilib. Həmin maddənin sanksiyasında 5 ilə kimi həbs və cərimə cəzasının tətbiqi nəzərdə tutulur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2026