Mobil versiya
Premyer Liqa: "Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
Tarix: 06-04-2026 | Saat: 20:56
Bölmə:İdman | çapa göndər

Premyer Liqa: "Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib


Misli Premyer Liqasının XXVI turunda "Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib.

Aia.az xəbər verir ki, günün yeganə matçı Ağdam təmsilçisinin 7:0 hesablı qələbəsi ilə bitib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda qolları Leandro Andrade (23, 64), Kamilo Duran (31, 45, 48), Dani Bolt (40) və Abdullah Zubir (43) vurublar.

Çempionluq iddiasını davam etdirən Ağdam klubu 55 xalla ikincidir. Yevlaxlılar 8 xalla sonuncu - 12-ci sırada yer alıb.

Xatırladaq ki, tura aprelin 7-də yekun vurulacaq. Ötən gün "Qəbələ" səfərdə "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə