Orta məktəbdə dava: xadimə direktora hücum etdi
Tarix: 06-04-2026 | Saat: 10:32
Bölmə:Manşet / Təhsil | çapa göndər

Ağdam rayonunda orta məktəbdə dava olub.
aia.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə rayonun Səfərli qəsəbə orta məktəbində baş verib. Hadisə məktəb direktorunun xadiməni işdən azad etməsinə görə baş verib.
Belə ki, orta məktəbin direktoru Aliyə Əliyeva məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayevanı vəzifələrinin birindən azad edib. O bildirib ki, Ü.Abdullayeva xadimə işlədiyi üçün qazançı vəzifəsində çalışa bilməz. Məsələdən xəbər tutan Ü.Abdullayeva direktorun otağına gələrək, onu söyüb. Daha sonra xadimə ilə direktor arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib, xadimə direktorun stolunun üstündə olan suveniri qırıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, xadimə saxlanılıb. Faktla bağlı inzibati protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
Ağdam Rayon Məhkəməsinin qərarı ilə xadimə 60 manat cərimə olunub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-04-2026
17-04-2026