Mobil versiya
Milli Müdafiə Universitetinə sənəd qəbulu davam edir
Tarix: 03-04-2026 | Saat: 13:47
Bölmə:Gündəm | çapa göndər

Milli Müdafiə Universitetinə sənəd qəbulu davam edir

Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 31 may tarixinədək Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə, Bakı və Naxçıvan Hərbi Kolleclərinə, Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərinə elektron sənəd qəbulu davam edir.

Bu barədə aia.az-a universitetdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan vətəndaşları istənilən bölgədən mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindən müraciət etməklə seçdiyi təhsil müəssisəsinə aid sənəd qəbulu portalına keçid edərək, müvafiq portaldakı “Sənədlər” hissəsindən proseslə bağlı məlumatları əldə edə bilər (qadın cinsli vətəndaşların qəbulu yalnız Heydər Əliyev adına Hərbi İnstituta, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin “Hərbi həkim” və “Hərbi feldşer işi” ixtisaslarına nəzərdə tutulmuşdur).

Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin çağrı mərkəzi – *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və admission@mmu.edu.az elektron poçt ünvanı fəaliyyət göstərir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2026