Mobil versiya
Gədəbəy Rayon İcra Hakimiyyətində 32 nəfər işdən çıxarıldı
Tarix: 01-04-2026 | Saat: 16:14
Bölmə:Manşet / Gündəm | çapa göndər

Gədəbəy Rayon İcra Hakimiyyətində 32 nəfər işdən çıxarıldı

İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişiklikləri ilə əlaqədar Gədəbəy Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, Gədəbəyin icra başçısı vəzifəsini icra edən Natiq Nağıyevin əmri ilə 32 nəfər işdən çıxarılıb. İşini itirənlərin əksəriyyəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir. Digər şəxslər isə icra hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.

Xatırladaq ki, Gədəbəyin sabiq icra başçısı Orxan Mürsəlov 2025-ci ilin noyabr ayında Göyçay rayonunun icra başçısı təyin edilib. Həmin vaxtdan etibarən Gədəbəydə icra başçısı vəzifəsini Natiq Nağıyev icra edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-06-2026