Rəcəb Tayyib Ərdoğan CHP ilə bağlı sərt ittihamlar səsləndirib
Tarix: 01-04-2026 | Saat: 18:00
Bölmə:Özəl | çapa göndər

Rəcəb Tayyib Ərdoğan AK Parti qrup toplantısında çıxışı zamanı əsas müxalifət partiyası Cumhuriyət Xalk Partisl(CHP) ilə bağlı sərt ittihamlar səsləndirib. O bildirib ki, Türkiyənin siyasi tarixində “darbecilik və cuntacılıq anlayışları CHP ilə eyniləşir”.
Prezident qeyd edib ki, CHP tarix boyu 27 May, 12 Sentyabr və digər siyasi proseslərdə darbe tərəfdarı mövqe sərgiləyib və bu yanaşma partiyanın “xarakteri və kimliyi”nə çevrilib.
Çıxışında daxili siyasətə də toxunan Ərdoğan, hökumətin əsas məqsədinin ölkəni inkişaf etdirmək və “Türkiye Yüzyılı” hədəflərinə çatmaq olduğunu vurğulayıb. O, müxalifəti isə aqressiv siyasi dil istifadə etməkdə ittiham edib.
Prezident həmçinin Türkiyədə 5G texnologiyasının tətbiqinə başlanıldığını, bunun ölkənin texnoloji inkişafına böyük töhfə verəcəyini bildirib.
Regional vəziyyətə toxunan Ərdoğan, Yaxın Şərqdə artan gərginliyin təhlükəli həddə çatdığını qeyd edərək, münaqişələrin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-04-2026