Mobil versiya
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb
Tarix: 01-04-2026 | Saat: 14:49
Bölmə:İdman | çapa göndər

AFFA 3 klubu yarışlardan kənarlaşdırıb

AFFA 3 klubu yarışlardan kənarlaşdırıb.

aia.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA U-12 Liqasında "Pambıqçı", AFFA U-11 Liqasında isə "Məhsul"la "Zəfər" klubları təyin edilən vaxtda meydanda olmadıqları üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar. Bu hal 3-cü dəfə təkrarlandığı üçün hər üç klub yarışlardan kənarlaşdırılıb.

Bundan əlavə U-14 Liqasında keçirilməli olan "İnter" - "Qaradağ Lökbatan" oyunu "İnter" tərəfindən oyun protokolu və həkim təqdim edilmədiyinə görə baş tutmayıb. Nəticədə Bakı təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA Region Liqasında isə "Beyləqan" komandası "Şəfəq"lə oyuna çıxmadığına görə görüş baş tutmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2026