Mobil versiya
Lənkəranda avtomobillər toqquşub - xəsarət alanlar var
Tarix: 28-03-2026 | Saat: 20:27
Bölmə:Ölkə | çapa göndər

Lənkəranda avtomobillər toqquşub - xəsarət alanlar var


Lənkəran-Lerik magistralının Lənkəranın Şağlaküçə kəndi ərazisindən keçən hissəsində avtomobillər toqquşub.

"Aia.az" oxu.az-a istinadla xəbər verir ki, "Toyota Prius" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanların şəxsiyyəti məlum olub:

- Mirşamil Namiq oğlu Hüseynzadə (1997-ci il təvəllüdlü, Xarxatan kəndi)

- Mirabidin Asəf oğlu Məmmədzadə (1997-ci il təvəllüdlü, Xarxatan kəndi)

- Aydan Eldar qızı Alxaslı (2005-ci il təvəllüdlü, Şovu kəndi)

- Elgin Cavad oğlu Məmmədli (2004-cü il təvəllüdlü, Şovu kəndi)

- Fərid Mübariz oğlu Ələsgərli (2005-ci il təvəllüdlü, Rvo kəndi)

Faktla bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2026