Ana Sayfa > Ölkə > Lənkəranda avtomobillər toqquşub - xəsarət alanlar var
Lənkəranda avtomobillər toqquşub - xəsarət alanlar var28-03-2026, 20:27. Yazar: vasif |
![]() Lənkəran-Lerik magistralının Lənkəranın Şağlaküçə kəndi ərazisindən keçən hissəsində avtomobillər toqquşub. "Aia.az" oxu.az-a istinadla xəbər verir ki, "Toyota Prius" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanların şəxsiyyəti məlum olub: - Mirşamil Namiq oğlu Hüseynzadə (1997-ci il təvəllüdlü, Xarxatan kəndi) - Mirabidin Asəf oğlu Məmmədzadə (1997-ci il təvəllüdlü, Xarxatan kəndi) - Aydan Eldar qızı Alxaslı (2005-ci il təvəllüdlü, Şovu kəndi) - Elgin Cavad oğlu Məmmədli (2004-cü il təvəllüdlü, Şovu kəndi) - Fərid Mübariz oğlu Ələsgərli (2005-ci il təvəllüdlü, Rvo kəndi) Faktla bağlı araşdırma aparılır. Geri dön |