Mobil versiya
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Tarix: 26-03-2026 | Saat: 14:03
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2 milyon 686 min ABŞ dolları dəyərində 3 min 132 ton nar ixrac edib.

aia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 683,55 min dollar (20,3 %), həcm baxımından isə 714 ton (18,6 %) azdır.

Hesabat dövründə nar ixracından əldə ediən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2026