Mobil versiya
Xaricə 17 milyona alma satmışıq
Tarix: 26-03-2026 | Saat: 12:23
Bölmə:İqtisadiyyat | çapa göndər

Xaricə 17 milyona alma satmışıq

Bu ilin ilk iki ayında Azərbaycan xaricə alma satışını artırıb.

aia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-fevral aylarında ölkədən 17 milyon 620,45 min ABŞ dolları dəyərində 22 min 638,44 ton alma ixrac olunub.

Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4 milyon 49,48 min ABŞ dolları və ya 30 faiz, həcm baxımından isə 1 964,77 ton və ya 9,5 faiz çoxdur.

Məlumata görə, hesabat dövründə alma ixracından əldə edilən gəlir Azərbaycanın ümumi ixracının 0,5 faizini təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 264 milyon ABŞ dolları olub. Bunun 3 milyard 665 milyon dolları ixracın, 2 milyard 599 milyon dolları isə idxalın payına düşüb.

Son bir ildə ixrac 23,1 faiz, idxal isə 37,2 faiz azalma göstərib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2026