"101 Ağbabalı": Zəka və Zəhmətin Vəhdəti – Professor Vahid Abbasov
Tarix: 17-03-2026 | Saat: 12:12
Bölmə:Karusel / Özəl / Təhsil / Qərbi Azərbaycan | çapa göndər

Dünyada ən çətin və ən şərəfli yol insanın öz daxili işığını bəşəriyyətin yoluna çıraq edə bildiyi ömür yoludur. Elm – ruhun kainatla söhbəti, insanlıq isə o söhbətin əmələ çevrilən meracıdır. Həqiqi alim o kəsdir ki, rəqəmlərin soyuqluğunda həyatın nəbzini tuta bilsin, formulların içində insan taleyini oxusun. Alim ömrü bir çinar kimidir; kökü doğma torpağın dərinliklərindən qidalanır, budaqları isə göyün yeddinci qatına – sonsuz həqiqətlərə can atır. Budur bəşəri dəyər: öz elini, obasını sevərək bütün dünyaya xidmət etmək. Məhz belə bir ömrün – Amasiyanın buz bulaqlı Düzkəndindən elm zirvələrinə ucalan, zəkasını vətəninin iqtisadi intibahına həsr edən professor Vahid Abbasovun həyat dastanı bizim üçün həm də sarsılmaz bir insanlıq dərsidir.
1956-cı ilin o bəyaz dekabr səhərində Arpa çayının sağ sahilində, o bərəkətli düzənlikdə qərar tutan Düzkənddə bir ziyalı ocağında dünyaya göz açan Vahidin taleyinə ilk nur məhz ata ocağından düşmüşdü. Düzkəndin insanları Arpa çayı kimi coşqun, o münbit düzənlik kimi səxavətli, mehriban və zəhmətkeş idilər. Onun atası Hacıbəy müəllim rayonun adlı-sanlı tarixçisi, əsil pedaqoq idi. Hacıbəy müəllim üçün şagird sadəcə dərs dediyi uşaq deyil, öz övladı qədər sevdiyi, gələcəyinə ümid bağladığı bir fidan idi. Vahid hələ uşaq ikən atasının o sonsuz diqqətindən, şagirdlərinə olan o ata qayğısından örnək aldı; anladı ki, həyatın ən böyük düsturu zəhmət və sevgidir. Bu gün professorun şəxsiyyətində gördüyümüz o sarsılmaz ədalət və dürüstlük hissi məhz ata nəsihətindən, Hacıbəy müəllimin aşıladığı həmin müqəddəs insanlıq dərsindən qaynaqlanır. Vahid müəllim üçün elm nə qədər uca məqamdırsa, sadəlik və təvazökarlıq da bir o qədər ayrılmaz libasdır.
Vahid müəllimin uşaqlıq xatirələri Düzkəndin hər qarış daşında, hər damla suyunda yaşayır. O, bu gün dünya elminin mürəkkəb məsələlərindən danışsa da, ruhu hələ də Ayı çınqılının sərtliyi, Ağ bulağın və Çay bulağın o buz kimi sərinliyi ilə nəfəs alır. Keçimələyən yamaclarından boylanan o saf uşaqlıq baxışları, bu gün beynəlxalq kürsülərdə öz xalqının haqqını müdafiə edən bir alimin zəkasına çevrilib. O, Düzkəndin və Ağbaba mahalının fəxr ediləsi oğullarından biri kimi, öz taleyini xeyirxahlıq və təmənnasız xidmət üzərində qurub. İnsanlara kömək etmək, yaxşı əməllər yiyəsi olmaq onun taleyinə yazılmış silinməz bir yazı kimidir. O, bu dünyada sakitcə, səssizcə, amma dərindən – insanlıq üçün, dünya üçün yaşayıb yaradan əsl könül adamıdır.
Vahid müəllimin elmi təfəkkürü təkcə rəqəmlər və formullar deyil, həm də kökdən gələn bir ozan ruhu ilə yoğrulub. Axı Düzkənd həm də Aşıq Heydər kimi sazsız da susmayan qüdrətli söz sənətkarlarının yurdudur. Aşıq Heydərin əli gənc ikən "Quran"a basılıb sazdan ayrı düşsə də, ürəyindəki o ilahi yanğı heç vaxt sönmədi. Vahid müəllim iqtisad elminin mürəkkəb qanunlarını şərh edərkən, sanki Aşıq Heydərin o sazsız oxunan, lakin ruhu silkələyən qoşmalarının elmi davamını gətirir. Biri yurd həsrətini "Yurddan ayrı düşmək borandı, qardı" deyib sözlə vəsf edirdisə, digəri bu həsrəti elmin dili ilə milli iqtisadiyyatın, aqrar sahənin inkişaf yollarına çevirir. Onların hər ikisi eyni torpağın – Ağbabanın həm kədərini, həm də qürurunu öz çiyinlərində daşıyırlar.
Lakin Düzkəndin o dinc həyatı tarix boyu mənfur ermənilərin xəyanətləri ilə dəfələrlə sınağa çəkildi. Kənd dağıdıldı, yenidən bərpa olundu, amma ruhundakı o mərdlik heç vaxt sarsılmadı. Təəssüf ki, 1989-cu ilin o məşum qışında tarixin növbəti amansız səhifəsi açıldı – bu, son köç idi. Abbasovlar ailəsi də digər kəndliləri kimi bu didərginliyin, köçkünlük ağrılarının ağır yükünü çiyinlərində daşımaq zorunda qaldı. Vahid müəllim elmi zirvələrdə dolaşsa da, ruhu həmişə o Arpa çayın sahilindəki tozlu cığırlarda, uzaqdan qızaran Qızıldağ ocağının ətəklərində qalıb. Düzkənd icmasının sədri kimi o, bu gün hər bir kəndlisinin dərdinə şərik olur, Ağbaba ruhunu Bakı Dövlət Universitetinin auditoriyalarında yaşadır. Onun üçün Qərbi Azərbaycana qayıdış məsələsi sadəcə siyasi bir hədəf deyil, bir vicdan borcu, bir ata vəsiyyətidir.

Professorun elmi fəaliyyəti onun sadəcə bir nəzəriyyəçi deyil, həm də ölkə iqtisadiyyatının damarlarını tutan uzaqgörən bir strateq olduğunu sübut edir. Onun "Kənd təsərrüfatının kooperasiya və inteqrasiya əlaqələri: müasir yanaşmalar və inkişaf meyilləri" kimi fundamental araşdırmaları torpaqla sənayenin qovuşduğu nöqtəni müəyyənləşdirir. O, məqalələrində kənd təsərrüfatı istehsalının ölkə əhalisinin ərzaq və qida məhsullarına olan tələbatının ödənilməsində, emal sənayesinin xammallarla təminatında koоperasiya və inteqrasiya əlaqələrinin iqtisadi zəruriliyini elmi zəminə söykəyir. Professor, kənd təsərrüfatı mənşəli sənaye хаmmаllаrına və bunlаrdаn hаzırlаnmış istеhlаk məhsullarına оlаn tələbаtın mаksimum ödənilməsinə yönəldilmiş аmillərin müəyyənləşdirilməsinin iqtisadi və təşkilati xüsusiyyətlərini dərinliklə nəzərdən keçirmişdir. Beynəlxalq və milli səviyyədə qəbul olunmuş normativ-hüquqi bazaya istinadən apardığı təhlillər, istehsalın səmərəliliyinə təsir edən amillərin şərh edilməsi bu gün də öz aktuallığını qoruyur.

Vahid müəllimin ömür yolu "ağ əlcəkli" alim ömrü olmadı. O, elmin zirvəsinə zavodlarda montajçı, tikintilərdə dülgər və xarrat işləyərək, əllərinin qabarı, alnının təri ilə gəldi. Tale onu Almaniyanın Rathenov şəhərindən Sibirin dondurucu şaxtalarına qədər aparsa da, ürəyi həmişə vətənlə döyündü. Moskvadan Kiyevə qədər uzanan elmi axtarışlar, Ukrayna Elmlər Akademiyasındakı uğurlu müdafiə onu iqtisad elminin doktorluq zirvəsinə daşıdı. Bu gün Bakı Dövlət Universitetinin professoru və kafedra müdiri kimi minlərlə gəncə yol göstərən bu böyük alimin çıxışları BMT-nin FAO və GFAR kimi beynəlxalq təşkilatlarının beynəlxalq seminarlarında maraqla qarşılanmış, təklifləri Qlobal Ərzaq Təhlükəsizliyi Proqramlarında istifadə edilmişdir.

İndi o, Bakı Dövlət Universitetində sadəcə iqtisadiyyatın qanunlarını deyil, həm də ləyaqətin, düzlüyün dərslərini keçir. Onun bakalavr, magistr və doktorantlara olan münasibətində Hacıbəy müəllimin o unudulmaz pedaqoji qayğısı yaşayır. Dövlətimiz tərəfindən layiq görüldüyü “Tərəqqi” medalı və digər ali təltiflər bu şərəfli ömür yolunun, vətənə olan sonsuz sədaqətin və rəqəmlərin soyuq aləmini insanlığın isti nəfəsi ilə isidən bir alim zəkasının ali təsdiqidir. Professor Vahid Abbasov Düzkəndin sönməyən işığı, Ağbabanın dünyaya açılan pəncərəsi və elmimizin ağsaqqal simasıdır.

Vahid Abbasovun ömür yolu təkcə elmi hesabatlardan və auditoriya divarlarından ibarət deyil; o, həm də minlərlə insanın mənəvi yükünü çiyinlərində daşıyan bir el ağsaqqalı, Düzkənd icmasının sədri kimi müqəddəs bir missiyanın daşıyıcısıdır. Professorun bu fəaliyyəti sadəcə ictimai bir vəzifə deyil, bir millətin yaddaşını diri tutmaq, didərginlik taleyi yaşayan soydaşlarını vahid bir amal ətrafında birləşdirmək mücadiləsidir. Axı ağsaqqallıq sadəcə yaşın deyil, ruhun və zəkanın ucalığıdır; Vahid müəllim də bu ucalıqla Ağbaba mahalının sönməyən ocaq qorunu Bakıdan doğma yurda – Düzkəndə qədər uzanan bir ümid körpüsünə çevirib. Fəlsəfi baxımdan yanaşsaq, insanın ən böyük qələbəsi məkanca uzaq düşdüyü torpağı ruhən öz içində bütöv saxlaya bilməsidir. Onun sakit və təmənnasız xidməti sübut edir ki, həqiqi ziyalı özünü bəşəriyyətin bir parçası saydığı qədər, həm də mənsub olduğu kökün qarşısında hər an hesabat verən bir vicdan sahibidir. Çünki alim üçün elm kainatın nizamıdırsa, insanlıq o nizamın ürək döyüntüsüdür; professor Vahid Abbasovun ömrü də məhz bu döyüntünün – torpağa sədaqət və insana məhəbbətin sonsuz harmoniyasıdır.
Şəmsi QOCA
Şair-publisist
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-04-2026
17-04-2026