Mobil versiya
15 yaşında ərə gedən qızın uşağı oldu - Cinayət işi açıldı
Tarix: 16-03-2026 | Saat: 13:32
Bölmə:Ölkə | çapa göndər

15 yaşında ərə gedən qızın uşağı oldu -


Astara rayonunda yetkinlik yaşına çatmayan qızla ailə quran gənc cinayət məsuliyyətinə cəlb edilib.

aia.az-ın “Qafqazinfo”ya isitnadən məlumatına görə, bir müddət əvvəl rayonun kəndlərindən birində yaşayan 15 yaşlı F.Zamanova (şərti) xəstəxanaya müraciət edib və onun hamilə olduğu müəyyən edilib. Bu ilin 7 mart tarixində isə onun övladı dünyaya gəlib.

Aparılan araşdırmalarla F.Zamanovanın qonşuluqda yaşayan 2002-ci il təvəllüdlü Əli Hətəmovla (soyad şərtidir) münasibətdə olduğu və daha sonra evləndikləri müəyyən edilib.

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Astara Rayon Məhkəməsinin 10 mart tarixli hökmü ilə Ə.Hətəmova 1 il həbs cəzası verilib. Lakin cəza 1 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2026