Ana Sayfa > Ölkə > 15 yaşında ərə gedən qızın uşağı oldu -
15 yaşında ərə gedən qızın uşağı oldu -16-03-2026, 13:32. Yazar: sevinc1 |
![]() Astara rayonunda yetkinlik yaşına çatmayan qızla ailə quran gənc cinayət məsuliyyətinə cəlb edilib. aia.az-ın “Qafqazinfo”ya isitnadən məlumatına görə, bir müddət əvvəl rayonun kəndlərindən birində yaşayan 15 yaşlı F.Zamanova (şərti) xəstəxanaya müraciət edib və onun hamilə olduğu müəyyən edilib. Bu ilin 7 mart tarixində isə onun övladı dünyaya gəlib. Aparılan araşdırmalarla F.Zamanovanın qonşuluqda yaşayan 2002-ci il təvəllüdlü Əli Hətəmovla (soyad şərtidir) münasibətdə olduğu və daha sonra evləndikləri müəyyən edilib. Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb. Astara Rayon Məhkəməsinin 10 mart tarixli hökmü ilə Ə.Hətəmova 1 il həbs cəzası verilib. Lakin cəza 1 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub. aia.az Geri dön |