Mobil versiya
Aqşin Bəbirov cinayət məsuliyyətinə cəlb olundu
Tarix: 12-03-2026 | Saat: 13:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Aqşin Bəbirov cinayət məsuliyyətinə cəlb olundu

2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülərən, daha sonra Azərbaycana təhvil verilən Aqşin Bəbirov cinayət məsuliyyətinə cəlb olunub.

aia.az-ın Teleqraf-a istinadən məlumatına görə, o, Cinayət Məcəlləsinin 127.2.3 maddəsi üzrə təqsirli bilinib.

Belə ki, Aqşin Bəbirov Sabunçu rayonu ərazisində etibarnamə əsasında idarə etdiyi “KİA Pride” markalı avtomobillə hərəkətdə olarkən digər hərəkət iştirakçısı ilə mübahisə yaşayıb. Mübahisə zamanı Aqşin Bəbirov “Mercedes” markalı avtomobilin sürücüsünə qəza şəraiti yaratdığını bildirib.

Təfərlərin mübahisəsinin davamında Aqşin Bəbirov “Mercedes”in sürücüsünə dəmir parçası ilə zərbə endirib.

Qeyd edək ki, qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan Aqşin Bəbirovun azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.

Xatırladaq ki, Aqşin Bəbirov Azərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən, 2023-cü ilin dekabrında Hüseyn Axundovla birlikdə əsirlikdən xilas edilmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-06-2026