Mobil versiya
Ermənilər jurnalistimizi paylaşdı: "Təbriz Azərbaycandır!"
Tarix: 12-03-2026 | Saat: 10:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənilər jurnalistimizi paylaşdı:

Ermənilərə məxsus sosial şəbəkə səhifələri Azərbaycanın İctimai Telekanalının xəbər spikeri Nigar Sabirqızının “Təbriz Azərbaycandır!” deyə səsləndirdiyi videonu paylaşıb.

aia.az xəbər verir ki, jurnalist bu hadisəyə özünəməxsus reaksiya verib və həmin şüarı yenidən təkrar edib:

“Ermənistanın bir neçə sosial media səhifəsi “Təbriz Azərbaycandır” dediyim videonu paylaşıb. İranın da trolları sosial şəbəkə hesablarıma axışıb. Hər iki ölkənin ortaq cəhəti var – xəstə təfəkkürlü insanların çoxluğu.

Qeyd edim ki, o video yeni deyil, 3 il əvvəlkidir. Tarixi bilməyənlər və bu sözləri yenə eşitmək istəyənlər üçün bir daha deyirəm: Təbriz Azərbaycandır!”. /yenisabah

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026