Mobil versiya
24 Çin vətəndaşı İrandan Azərbaycana keçdi
Tarix: 06-03-2026 | Saat: 15:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

24 Çin vətəndaşı İrandan Azərbaycana keçdi

Daha 24 Çin vətəndaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunublar.

aia.az xəbər verir ki, təxliyə edilən şəxslər sərhəd-keçid məntəqəsində müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər zəruri prosedurlardan keçiblər. Bütün prosedurlar tamamlandıqdan sonra onların təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olmaları təmin edilib.

Bu gün daha 2 Rusiya vətəndaşı da “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.

Qeyd edək ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026